Türkiyə ordusu bir gündə 50 terrorçu zərərsizləşdirdi

19:19 - 23 Aprel 2022

Türkiyə ordusu bir gündə 50 terrorçu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri Suryiyanın şimalında son sutka ərzində 50 PKK terrorçusunu zərərsizləşdirib.

Manşet.az xəbər verir kİ, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, ötən gün silahlı qruplaşmalar Türkiyə ordusunun "Fərat qalxanı" antiterror əməliyyat bölgəsinə hücum edib. Hücum nəticəsində bir türk hərbçi həlak olub.

Buna cavab olaraq Türkiyə hərbçilərinin başladığı genişmiqyaslı əməliyyatda 50 nəfər zərərsizləşdirilib.

Bölgədə antiterror əməliyyatları davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az