Avropa İttifaqı (Aİ) Komissiyası ukraynalı sığınacaq axtaranları qəbul edən üzv ölkələrə 3,5 milyard avro dəstək ödənişi edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, indiyə qədər edilən ödənişlərin ən böyük hissəsini alan Polşaya 562 milyon avro verilib.
İkinci sırada İtaliya 452 milyon avro, üçüncü sırada Rumıniya 450 milyon avro, İspaniya 434 milyon avro, Macarıstan 299 milyon avro, Çexiya 283 milyon avro, Slovakiyaya 209 milyon avro 5,5 milyard avro dəstək ödənişi edilib.