Zelenski Bolqarıstanın Baş naziri ilə görüşdü

23:15 - 28 Aprel 2022

Zelenski Bolqarıstanın Baş naziri ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Bolqarıstanın Baş naziri Kiril Petkovla görüşüb.

Manşet.az xəbər verir ki, bu haqda Zelenski feysbuk hesabında paylaşım edib.

“Bolqarıstan da bütün sivil insanlar kimi bu gün Ukraynanı dəstəkləyir. Baş nazir Kiril Petkov ilə Ukrayna hərbi texnikasının təmiri, enerji sektorunda əməkdaşlıq və Ukraynadan kənd təsərrüfatı məhsullarının Bolqarıstanın Varna limanı vasitəsilə daşınmasının təşkili istiqamətində atılacaq addımları müzakirə etdik” ,- deyə Zelenski qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az