Kiyevdə yaşayış binası raket atəşinə tutuldu: Yaralılar var

23:36 - 28 Aprel 2022

Kiyevdə yaşayış binası raket atəşinə tutuldu: Yaralılar var

Kiyevin Şevçenko rayonu raket atəşinə tutulub.

Manşet.az xəbər verir ki, bu barədə Kiyevin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Svetlana Vodolaqa məlumat verib.

Hadisə nəticəsində zərərçəkələrin olduğu bildirilib.

Raketlərdən biri yaşayış binasına, digəri isə infrastruktur obyektinə tuş gəlib.

Binada sakinlərin yaşadığı qeyd edilib.

Onu da bildirək ki, raket hücumu BMT-nin baş katibi Antoniu Quterrişin Kiyevdə olduğu zaman baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az