İsrailin Ben Qurion hava limanında Amerikalı bir ailənin gətirdiyi partlamamış top mərmisi böyük panikaya səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Amerikalı ailə Qolan Təpələrinə səfəri zamanı İsraildə tapdığı partlamamış top mərmisini xatirə olaraq götürüb.
Dünən axşam Ben Qurion Hava Limanından ABŞ-a uçmazdan əvvəl təhlükəsizlik qruplarına təhvil verdikləri paketin içərisində top mərmisi olduğu aşakarlandıqda hava limanında böyük çaxnaşma yaşanıb.
Hadisəni eşidən bir çox insanın təşviş içində qaçdığı anlar sosial şəbəkədə da əks olunub.
