Dünən rus işğalçılarının Kiyevi atəşə tutması nəticəsində “Azadlıq Radiosu"nun prodüseri Vera Qiriç həlak olub.
Manset.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə onun həmkarları məlumat verib.
Bildirilib ki, raket onun yaşadığı evə düşüb və Qiriçin meyiti bu gün tapılıb.
Vera Qiriç 2018-ci il fevralın 1-dən “Azadlıq Radiosu"nun Kiyev bürosunda işləməyə başlayıb.
