Karib dənizindəki Britaniya ada icması olan Britaniya Virciniya Adalarının baş naziri Endryu Alturo Fahie ABŞ-də narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 51 yaşı olan baş nazir Endryu Alturo Fahie ABŞ-də narkotik alverinə görə həbs edilib.
Hadisə ölkədə şok yaradıb.
O, Mayami Opa-locka İnzibati Hava Limanında təyyarəyə minərkən Narkotiklərlə Mübarizə Agentliyinin əməkdaşları tərəfindən tutularaq saxlanılıb.
Fahie ilə yanaşı, Karib arxipelaqının limanlar idarəsinin rəhbəri Oleanvine Maynard da narkotik alverinə görə həbs edilib.
Konqres üçün Mayamiyə səfər edən Fahie və Maynardın üzərindən ABŞ Narkotiklərlə Mübarizə Təşkilatı tərəfindən 700 min dollar nağd pul tapılıb.
Fahie və Maynardın hazırda federal həbsxanada saxlandığı və bu gün məhkəmə qarşısına çıxarılacağı açıqlanıb.
Baş nazirin həmçinin çirkli pulların yuyulmasında ittiham olunduğu bildirilir.