Ötən il İranda rekord sayda insan edam edildi

17:12 - 29 Aprel 2022

Ötən il İranda rekord sayda insan edam edildi

İki insan haqları qrupu İranda ötən il edamların əvvəlki ilə nisbətən 25 faiz artdığını bildirib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iyun ayında qatı mühafizəkar din xadimi İbrahim Rəisinin prezident seçilməsindən sonra edamlar sürətləndirilib.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) və Fransada yerləşən Ölüm Cəzasına Qarşı Birlikdə (ECPM) təşkilatlarının məlumatına görə, 2021-ci ildə İranda ən azı 333 nəfər edam edilib.

Narkotiklərlə bağlı cinayətlərə görə 126 nəfərin edam edildiyi bildirilir.

Bu, 2020-ci illə müqayisədə 5 dəfə artım deməkdir.

Bu təşkilatların məlumatları rəsmi açıqlamalara və İran daxilindəki mənbələrdən toplanmış məlumatlara əsaslanır.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az