Ukrayna hərbçiləri Xarkovda daha bir yaşayış məntəqəsini azad ediblər - FOTO

19:14 - 29 Aprel 2022

Ukrayna hərbçiləri Xarkovda daha bir yaşayış məntəqəsini azad ediblər - FOTO

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Momotovo qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

Manşet.az “Report”a istinadən xəbər verir ki, hazırda qəsəbə Ukrayna Silahlı Qüvvələrinin tam nəzarətindədir.

Momotovo daha əvvəl bildirildiyi kimi Kutuzovka ilə birlikdə azad edilib. Qəsəbə Xarkovdan 6 kilometr aralıda yerləşir.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Russkaya Lozovaya kəndini Rusiya hərbçilərindən azad edib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az