Ermənistanda əsgər yoldaşını öldürən hərbçi saxlanıldı

21:06 - 29 Aprel 2022

Ermənistanda əsgər yoldaşını öldürən hərbçi saxlanıldı

Ermənistanda müddətli həqiqi hərbi xidmət qulluqçusu Samvel Sanoyanı öldürən hərbçi yoldaşı saxlanılıb.

Manşet.az xəbər verir ki, aprelin 28-də hərbçi yoldaşının açdığı atəş nəticəsində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin çağırışçı əsgəri sıravi Samvel Sedrakoviç Sanoyan güllə yarası alıb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisəni törədən şəxs ölümlə nəticələnən silahla davranış qaydalarını pozmaqda şübhəli bilinərək saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az