COVID-19 TƏHLÜKƏSİ - Bu ölkədə bütün məktəblər bağlanır

23:24 - 29 Aprel 2022

COVID-19 TƏHLÜKƏSİ - Bu ölkədə bütün məktəblər bağlanır

Çinin paytaxtı Pekində COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar əlverişsiz epidemioloji vəziyyətə görə bütün məktəbləri bağlamaq qərarına gəliblər.

Manşet.az xəbər verir ki, qəsasən, cümə günündən etibarən şəhərin bütün məktəbləri fəaliyyətini dayandıracaq. Eyni zamanda, Pekin hökuməti təhsil müəssisələrinin nə vaxt açılacağını dəqiqləşdirməyib. Məktəblilərin distant təhsil imkanının olub-olmayacağı və imtahana hazırlaşanların dərslərə qayıdıb-qayıtmayacağı hələlik bəlli deyil.
 
Son bir həftə ərzində Pekində ​​COVID-19-a 150 yoluxma hadisəsi aşkar edilib, onlardan 50-si cümə axşamı qeydə alınıb. Məktəblərdə və uşaq bağçalarında 30-dan çox yoluxma aşkarlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az