Rusiyada İlyinskoye kəndində Saxalin İstilik Elektrik Stansiyasında yanğın baş verib.
Manset.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Yanğın stansiyanın turbin bölməsində qeydə alınıb. Hazırda yanğınla mübarizə davam edir. Ümumilikdə yanğını söndürmək üçün 14 canlı qüvvə və 5 texnika cəlb olunub.
Bildirilir ki, stansiyanın 30 əməkdaşı sərbəst şəkildə binanı tərk edib.
***
Saxalin vilayətinin qubernatoru Valeriy Limarenko yanğının söndürüldüyünü açıqlayıb.