Bu dəfə Paşinyana toyuqlarla etiraz etdilər - VİDEO

13:57 - 30 Aprel 2022

Bu dəfə Paşinyana toyuqlarla etiraz etdilər - VİDEO

Ermənistanın paytaxtı İrəvanda yenidən ölkənin Baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyası keçirilib.

 

Manset.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları Paşinyanın istefasını tələb etmək məqsədilə qeyri-adi üsula əl atıblar.

Belə ki, etirazçılar Respublika meydanına üzərinə Nikol Paşinyanın fotosu və 8.05.2018 tarixi yazılan toyuqlar buraxıblar. Belə ki, sözügedən tarixdə Paşinyan ölkənin Baş naziri seçilib.

Aksiya iştirakçılarının sözlərinə görə, toyuq qorxaqlıq simvolu olduğundan belə bir qərara gəliblər.

Polis meydana toyuqları gətirən fəalı saxlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az