ABŞ Ukrayna əsgərlərinə hərbi təlim keçir

19:47 - 30 Aprel 2022

ABŞ Ukrayna əsgərlərinə hərbi təlim keçir

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi ABŞ əsgərlərinin Almaniyada Ukrayna əsgərlərinə kritik hərbi sistemlər, o cümlədən radar və artilleriya təlimləri ilə bağlı təlimlərə başladığını açıqlayıb.

Manşet.az xəbər verir  ki, o, bu barədə mətbuat konfransındadeyib.

 "Bu gün mən ABŞ-ın Almaniyadakı ABŞ hərbi obyektlərində Ukrayna Silahlı Qüvvələri ilə əsas sistemlər üzrə təlimlərə başladığını bildirirəm", - deyə o çıxışında ifadə edib. 

Kirbi, təlimin ABŞ-ın Avropa və Afrika Komandanlığı və Almaniya tərəfindən koordinasiya ediləcəyini və müharibədən bir qədər əvvəl Ukraynadan çıxarılan 160 nəfərlik Florida Milli Qvardiyası tərəfindən aparılacağını qeyd edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az