Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkarlandı

14:25 - 01 May 2022

Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkarlandı

Ermənistan hüquq-mühafizə orqanları Qarabağdan İrəvana gedən avtomobildən iki ədəd pulemyot aşkar ediblər.

Manset.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hadisə mayın 1-də saat 06:40-da Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı magistralda baş verib.

Avtomobildə olan 3 vətəndaşdan biri saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az