Rusiyanın Belqorod vilayətində Müdafiə Nazirliyinin obyektinin ərazisində yanğın baş verib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat paylaşıb.
"Üç bələdiyyənin - Borisov və Belqorod rayonlarının, Yakovlevski şəhər dairəsinin sərhədində Rusiya Federasiyası Müdafiə Nazirliyinin obyektlərindən birinin ərazisində yanğın baş verib. Tələfat və dağıntılar barədə məlumat dəqiqləşdirilir" ,- deyə məlumatda bildirilib.
Qladkov əlavə edib ki, operativ xidmətlər hadisə yerində işləyir və təhlükəsizliyin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür.