İraqın Ərbil şəhəri raketlə vuruldu

23:37 - 01 May 2022

İraqın Ərbil şəhəri raketlə vuruldu

İraqın Ərbil şəhərinin Habat bölgəsi raket hücumuna məruz qalıb.

Manset.az-ın xəbərinə görə, İraq Kürd Regional Rəhbərliyinin (İKRG) Terrorla Mübarizə İdarəsi bununla bağlı açıqlama yayıb.

Açıqlamada 6 raketin Ərbilin Habat mahalı sərhədlərinə düşdüyü, hücumda dağıntı və tələfatın olmadığı bildirilib.

Həmçinin qeyd olunub ki, ilk məlumata görə, raketlər Mosulun Hemdaniye rayonundakı Bartilla qəsəbəsi sərhədlərindən atılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az