Putin Qərb antiviruslarına qadağa qoydu

23:53 - 01 May 2022

Putin Qərb antiviruslarına qadağa qoydu

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Manset.az Ölkə.az-a istinadən xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub .

Fərmanda hər bir idarə, qurum və sistem yaradan təşkilatlarda İT təhlükəsizliyi bölmələrinin yaradılması məqsədi müəyyən edilib.

Eyni zamanda, 2025-ci il yanvarın 1-dən qurumlara və dövlət şirkətlərinə "dost olmayan ölkələrdə” hazırlanmış informasiyanın mühafizəsi vasitələrindən (antivirus) istifadə etmək qadağan edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az