Bu ölkə Ukraynaya zirehli texnika tədarük etməyə başladı

14:48 - 02 May 2022

Bu ölkə Ukraynaya zirehli texnika tədarük etməyə başladı

Avstraliya Ukraynaya zirehli maşınların tədarükünə başlayıb.

Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avstraliyanın “60 dəqiqə” proqramına müsahibəsində deyib.

"Ukrayna ordusunda ağır zirehli maşınlar çatışmır. Məsələn, Mariupola bizim hərbçilərin çatması üçün, zirehli maşınlar lazımdır. Düzünü desəm, bizim belə müasir texnikamız kifayət qədər deyil. Avstraliya parlamentinə müraciət etdikdən sonra bu zirehli maşınla bizə kömək etdilər, tədarüklər başladı", - o bildirib.

Zelenski dəstəyə görə Avstraliyaya təşəkkür edib:

"Gördünüz ki, mən bir çox parlamentlərdə çıxış etdim. Bəzi ölkələr həqiqətən çox cəld reaksiya verdilər . Bəzilərindən isə biz hələ də cavab gözləyirik".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az