Rusiyada tezliklə dördgünlük iş həftəsinə keçilə BİLƏR

22:03 - 03 May 2022

Rusiyada tezliklə dördgünlük iş həftəsinə keçilə BİLƏR

Rusiya Dövlət Dumasının deputatı Yaroslav Nilov rusiyalılara dördgünlük iş həftəsinə keçidin yaxın gələcəkdə baş verəcəyini bildirib.

O qeyd edib ki, artıq bəzi müəssisələr distant və ya natamam məşğulluq çərçivəsində bu formatda işləyirlər. Bundan əlavə, koronavirus pandemiyası zamanı bu, kadrların saxlanılması və şirkətlərin işinin davam etdirilməsi üçün ən optimal həll yollarından biri olub.

Manşet.az xəbər verir ki, Rusiyalı deputatın sözlərinə görə, pandemiya iş və istirahət arasında normal tarazlığı saxlamaq qabiliyyətini nümayiş etdirib və süni intellekt texnologiyalarının tətbiqi ağır fiziki tapşırıqları tədricən maşınlara yönləndirəcək, insanı işçidən onların operatoruna çevirəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az