“Taliban” jurnalistlərə media azadlığı və maliyyə dəstəyi verəcək

22:32 - 03 May 2022

“Taliban” jurnalistlərə media azadlığı və maliyyə dəstəyi verəcək

Əfqanıstana nəzarət edən “Taliban” bu ölkədə media azadlığını və jurnalistlərə maliyyə dəstəyini təmin edəcəyinə söz verib.

Manşet.az xəbər verir ki, bunu çərşənbə axşamı Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı sosial mediada paylaşım edən hərəkat sözçüsü Zabiullah Mücahid deyib.

O, Əfqanıstanda media orqanlarının qanun çərçivəsində sərbəst fəaliyyət göstərə biləcəyini qeyd edib.

Mücahid bildirib ki, hazırda Əfqanıstan həbsxanalarında jurnalist yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az