Lvov, Dnepr və Kiyevdə güclü partlayışlar OLDU

23:45 - 03 May 2022

Lvov, Dnepr və Kiyevdə güclü partlayışlar OLDU

Çərşənbə axşamı, mayın 3-də axşam saatlarında Lvov, Dnepr, Kiyev və Kirovoqrad vilayətlərində güclü partlayış səsləri eşidilib.

Manşet.az xəbər verir ki, Lvovun bir hissəsində elektrik enerjisi kəsilib. Vilayət hərbi idarəsinin rəhbəri Maksim Kozitski bildirib ki, şəhərə raket zərbələri endirilib.

Dneprdə, şahidlərin sözlərinə görə, ən azı üç partlayış olub.

Həmçinin Kiyevin sağ sahilində də partlayışlar eşidilib.

Sonradan məlum olub ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri düşmənin üç qanadlı raketini vurub. Onlardan ikisi Vinnitsa, üçüncüsü isə Kiyev yaxınlığında dəf edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az