İlon Mask tviteri bəzi istifadəçilər üçün pullu etmək istəyir

07:24 - 04 May 2022

İlon Mask tviteri bəzi istifadəçilər üçün pullu etmək istəyir

Tviter sosial  şəbəkəsi kommersiya və hökumət istifadəçiləri üçün pullu ola bilər.

Manset.az-ın məlumatına görə, bu barədə sosial şəbəkəni alan amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask mikrobloqunda bildirib.

"Tviter ümumi istifadəçilər üçün həmişə pulsuz olacaq, lakin kommersiya/dövlət istifadəçiləri üçün kiçik bir ödəniş ola bilər", - o yazıb.

Milyarder bunun adi şəxsi istifadəçilərə təsir etməyəcəyini vurğulayır. Lakin kommersiya və hökumət istifadəçiləri üçün onlar orta rüsum tətbiq edə bilərlər.

Mask daha əvvəl Amerika platformasını 44 milyard dollara alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az