Dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək - Pentaqon

08:12 - 04 May 2022

Dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək - Pentaqon

Dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək.

Manset.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib.

"Rusiyanın Ukraynaya qarşı kimyəvi və ya bioloji silahdan istifadə etməsi çox güman ki, beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olacaq", - Ostin deyib.

O, həmçinin əlavə edib ki, Rusiya kiberhücumun köməyi ilə Ukraynadakı münaqişəni gərginləşdirə bilər.

Bundan əvvəl bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı artıq Rusiyanın Ukraynada mümkün kimyəvi hücumlarına hazırlaşır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az