Narkotik istifadəçilərinin bu sənədləri əlindən ALINA BİLƏR

12:12 - 20 İyul 2022

Narkotik istifadəçilərinin bu sənədləri əlindən ALINA BİLƏR

Böyük Britaniya Daxili İşlər Nazirliyi tərəfindən təklif olunan yeni qanunlar narkotik maddələrin saxlanmasına görə daha sərt cəzaların tətbiq edilməsini nəzərdə tutur.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniya Daxili İşlər Nazirliyinin təklif etdiyi bir sıra yeni qanunlara əsasən narkotik istifadəçiləri tezliklə pasportlarını və sürücülük vəsiqələrini itirə bilərlər.

Qeyri-qanuni narkotik vasitələrin istifadəsinə görə üç pilləli cəza tətbiq etməyi təklif edilir.

Cəzalar narkotik məlumatlandırma kursu üçün pul ödəməyə məcbur edilməkdən tutmuş külli miqdarda cəriməyə qədər dəyişir.

Bu, hətta cinayətkarın pasportunu və sürücülük vəsiqəsini itirməsi ilə nəticələnə bilər.

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel, "Cəmiyyətimizdəki saysız-hesabsız zərərlərin və bədbəxtliyin kökündə qeyri-qanuni narkotiklər dayanır" deyib və əlavə edib ki, narkotiklə əlaqəli cinayətlərə görə daha sərt cəzalar verilməlidir.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az