Solovyovdan şok: “Qəddar” ləqəbli generala tapşırıq verildi

12:50 - 21 İyul 2022

Solovyovdan şok: “Qəddar” ləqəbli generala tapşırıq verildi

Hazırda Ukraynadakı hərbi əməliyyatlarda dörd rus generalı səfərbər olunub. Onların hamısı konkret olaraq müharibə, real döyüşlər görmüş insanlardır. Dünən onlara yeni tapşırıqlar verildı.

 

Manset.az axar.az-a istinadən xəbər verir ki, bu fikri qalmaqallı rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib.

“Qərb istiqaməti – general Seçevoy. Mariupolu tam olaraq nəzarətə götürən adam.

Şərq istiqaməti – general Muradov. Bu insanı demək olar ki, hamı tanıyır. Qarabağda Rusiya hərbi kontingentinə rəhbərlik edib. Ondan qabaq Suriya əməliyyatlarına başçılıq edib.

General Lapin – mərkəzi qrupun rəhbəri. Oğlu ilə bir yerdə döyüşürdü. Hazırda oğlu yaralanıb və hospitaldadır.

Və nəhayət Rusiya Silahlı Qüvvələrinin ordu generalı Surovikin – “Qəddar” ləqəblı general.

Artıq bu 4 generala yeni tapşırıqlar verilib”, - deyə o qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az