Türkiyəli nazirdən Şuşa ilə bağlı paylaşım - FOTO

14:00 - 21 İyul 2022

Türkiyəli nazirdən Şuşa ilə bağlı paylaşım - FOTO

Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti Şuşaya gedir.

 

Manset.az xəbər verir ki, bu barədə türkiyəli nazir tviter hesabından paylaşım edib.

Səfərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edir.

“Mübarək qələbəyə doğru gedirik. Hədəfimiz 29 ildir həsrətində olduğumuz Şuşadır.

Sevinclə, qürurla, həyəcanla...” - deyə Derya Yanık paylaşımına qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az