Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti Şuşaya gedir.
Manset.az xəbər verir ki, bu barədə türkiyəli nazir tviter hesabından paylaşım edib.
Səfərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edir.
“Mübarək qələbəyə doğru gedirik. Hədəfimiz 29 ildir həsrətində olduğumuz Şuşadır.
Sevinclə, qürurla, həyəcanla...” - deyə Derya Yanık paylaşımına qeyd edib.
Kutlu zaferin yolundayız. Hedefimiz 29 yıldır hasret kaldığımız #Şuşa…
— Derya Yanık (@deryayanikashb) July 21, 2022
Sevinçle, gururla, heyecanla…🇦🇿🇹🇷@MuradovaBahar pic.twitter.com/hNBCZNVOEh