62 ildir evli olan cütlük eyni gündə ÖLDÜ - İNANILMAZ HADİSƏ

15:56 - 21 İyul 2022

62 ildir evli olan cütlük eyni gündə ÖLDÜ - İNANILMAZ HADİSƏ

Türkiyədə 62 illik evli olan Həsən Bayram və Fatma Bayram 2 saat fərqlə ayrı evlərdə dünyasını dəyişib. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fatma Bayram bu gün saat 07:00 radələrində qocalıq səbəbindən səhhətində yaranan problemlə əlaqədar birlikdə qaldığı oğlu Kadir Bayramın evində dünyasını dəyişib. 

Kadir Bayram qardaşı ilə qalan atası Həsən Bayrama xəbər vermək istəyib. Lakin kənddəki mobil telefonların şəbəkəsi tutmadığı üçün qonşularına xəbər göndərib. 

Həyat yoldaşının ölüm xəbərini ona çatdırmağa gedən qonşular Həsən Bayramın da həyat yoldaşı kimi saat 09:00 radələrində qocalıqla bağlı səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişdiyini öyrənib.

Bayram cütlüyü yan-yana dəfn edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az