Türk bloger Berkay Türkmenin Ermənistanda çəkdiyi görüntüləri sosial şəbəkələrdə yayılaraq ajiotaja səbəb olub.
Manset.az xəbər verir ki, onun İrəvandakı qondarma "erməni soyqırımı" abidəsinin qarşısında lentə aldığı videosu ermənilərin qəzəbinə səbəb olub. Buna səbəb görüntülərdə Berkayın həmin abidənin önündə "Bozqurd" işarəsi göstərməsi olub.
Ermənilər onun sosial şəbəkə hesablarını bloklamaqla və onu öldürməklə təhdid edirlər. Berkayı tapan şəxsə pul mükafatı da vəd edilib. Bu haqda Berkay özü BAKU.WS-ə eksklüziv açıqlamasında bildirib:
"Bir müddət əvvəl təyyarə ilə Antalyadan İrəvana uçdum. Turist kimi səyahət etdiyim Ermənistanda 8 gün qaldım. Orada tur bələdçisi turistləri paytaxtın tarixi-görməli yerləri ilə tanış edirdi. Bizi İrəvandakı qondarma "erməni soyqırımı" abidəsinə apardı. Orada türklər haqqında xoşagəlməz ifadələr səsləndirdi. Mən də əsəbiləşdim, həmin vaxt abidənin qarşısında bu videonu çəkdim və paylaşdım. Görüntüləri qısa müddətdə paylaşmağıma baxmayaraq, 800 min adam izlədi. Daha sonra ermənilər məni tapıb sosial şəbəkələrimi bloklamaqla şantaj etdilər. Hətta onların bəziləri mənə zəng edib ölümlə hədələyirlər".