Putin Ərəbistanın vəliəhdi ilə Suriyanı müzakirə etdi

07:00 - 22 İyul 2022

Putin Ərəbistanın vəliəhdi ilə Suriyanı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə dünya neft bazarındakı vəziyyəti müzakirə edib.

Manset.az xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti açıqlama yayıb.

Telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın cari məsələləri, dünya neft bazarındakı vəziyyət müzakirə edilib, qarşılıqlı faydalı ticari-iqtisadi əlaqələrin genişləndirilməsi vurğulanıb.

İyulun 19-da İranın paytaxtı Tehranda Astana formatında keçirilən Üçtərəfli Zirvə görüşünün nəticələri nəzərə alınaraq Suriya məsələsi də müzakirə edilib və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi qərara alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az