Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge, son həftələrdə Avropaya təsir edən və insan tələfatına səbəb olan isti hava dalğasının "qorxulu və qiyamətlə əlaqəli" olduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, çoxlu sayda insanın ölümünə səbəb olan isti havanın qorxulu olduğunu qeyd edən Kluge, "Hökumətlər boş ritorikadan əl çəkməli və Paris razılaşmasındakı iqlim dəyişikliyi proqramını həyata keçirmək üçün siyasi iradə nümayiş etdirməlidir" deyib.