İsrail Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın paytaxtı Dəməşq yaxınlığında hərbi obyektlərə aviazərbələr endirib.
Bu barədə Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir.
Məlumata əsasən aviazərbələr nəticəsində ümumilikdə 8 nəfər həlak olub. Aviazərbələr, həmçinin Dəməşqin Sayeda-Zeynab rayonunda yerləşən və İrana məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı istehsalı üzrə müəssisəyə də endirilib. Zərbə nəticəsində İrana məxsus olan silah anbarı tamamilə məhv edilib.