Zelenski Tokayevlə danışdı: İstanbul sazişi...

15:36 - 23 İyul 2022

Zelenski Tokayevlə danışdı: İstanbul sazişi...

Ukrayna Prezidenti Vladimir Zelenski Qazaxıstan lideri Qasım-Jomart Tokayevlə telefon əlaqəsi saxlayıb.

Manşet.az xəbər verir ki, Tokayevin mətbuat xidməti yayıb.

Tərəflər telefon danışığı zamanı ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümü münasibətilə bir-birlərini təbrik ediblər.

Bundan başqa, Tokayev ötən gün İstanbulda Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynadan taxıl ixracına dair sazişin imzalanmasını müsbət qiymətləndirib.

Qazaxıstan lideri eyni zamanda, ölkəsinin Ukraynadakı vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə bağlı prinsipial mövqeyini təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az