BMT Baş katibi Odessa limanına raket hücumunu PİSLƏDİ

16:39 - 23 İyul 2022

BMT Baş katibi Odessa limanına raket hücumunu PİSLƏDİ

BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın iyulun 23-ü səhər saatlarında Odessa limanına raket hücumunu pisləyib.

Bu barədə Manşet.az BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir.

O bəyan edib ki, dünən İstanbulda bütün tərəflər Ukrayna taxılının təhlükəsiz ixracını təmin etmək üçün dünya səhnəsində öhdəlik götürüblər.

“Bu məhsullar qlobal ərzaq böhranını həll etmək və dünyada köməyə ehtiyacı olan milyonlarla insanın əzabını yüngülləşdirmək üçün vacibdir. Rusiya, Ukrayna və Türkiyənin öhdəliklərinə tam əməl etməsi mütləqdir”, - Baş katibin bəyanatında deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az