Ukraynada sabiq vəzifəli şəxs dövlətə xəyanətdə ittiham olunur

17:27 - 23 İyul 2022

Ukraynada sabiq vəzifəli şəxs dövlətə xəyanətdə ittiham olunur

Ukrayna Dövlət Təhqiqat Bürosu (DTB) Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibinin müavini Vladimir Sivkoviçi, o cümlədən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) üç əməkdaşını dövlətə xəyanətdə ittiham edib.

Manşet.az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Dövlət İstintaq Bürosunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sivkoviç FTX-nın Ukraynada istintaq və təxribat fəaliyyəti ilə məşğul olmaq üçün yaratdığı təşkilatla əməkdaşlıq edib və Ukrayna ərazisində kəşfiyyat imkanlarına malik olan və FTX işçilərinə köməklik göstərə bilən şəxsləri gizli əməkdaşlığa cəlb edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az