Ukrayna bu limanların 2 həftə ərzində işə düşəcəyini AÇIQLADI

18:36 - 23 İyul 2022

Ukrayna bu limanların 2 həftə ərzində işə düşəcəyini AÇIQLADI

Ukraynanın İnfrastruktur Nazirliyi Çornomorsk, Odessa və Yujnı limanlarının iki həftə ərzində işə düşəcəyini açıqlayıb.

Manşet.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada taxılın çıxışı üçün Çornomorsk, Odessa və Yujnı limanlarından ilk gəmilərin 4 gün ərzində çıxa biləcəyi bildirilib.

“Biz sabah İstanbulda Koordinasiya Mərkəzinin yaradılması üçün nümayəndə heyəti göndərməyə hazırıq. Ümid edirik ki, digər tərəflər də bunu tez bir zamanda həyata keçirməyə hazırdırlar. Mərkəz yaradıldıqdan sonra ilk limanı aça biləcəyik", - deyə açıqlamada qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az