ABŞ-ın nüfuzlu “New York Times“ nəşri Ukrayna paytaxtı Kiyevdə öz bürosunu açacağını bəyan edib.
Manşet.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, artıq büroya rəhbər də təyin edilib.
Büroya əvvəllər Moskvadakı postumuzda çalışmış Endryu Kramer rəhbərlik edəcək.
Bildirilib ki, məqsəd milyonlarla ukraynalının həyatını alt-üst edən və ölkənin hüdudlarından kənarda əks-səda doğuran müharibə barədə dolğun məlumatları dünyaya çatdırmaqdır.