Hulusi Akar ukraynalı nazirlərlə DANIŞDI

20:57 - 23 İyul 2022

Hulusi Akar ukraynalı nazirlərlə DANIŞDI

Türkiyə milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovla telefon danışığı aparıb.

Manşet.az xəbər verir ki, o qeyd edib ki, danışıq zamanı Odessa limanının raket atəşinə tutulması müzakirə edilib.

Akar Rusiya tərəfi ilə də danışıqların olduğunu vurğulayıb. Türkiyə milli müdafiə nazirinin sözlərinə görə, Rusiya tərəfi bu hücumla heç bir əlaqəsinin olmadığını bildirib.

Nazir həmçinin, bu hadisənin dünən imzalanan taxıl sazişindən dərhal sonra baş verməsinin Türkiyəni də narahat etdiyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az