Kirovoqrad vilayətinə raket atıldı: Ölənlər və yaralananlar var

08:41 - 24 İyul 2022

Kirovoqrad vilayətinə raket atıldı: Ölənlər və yaralananlar var

Rusiya hərbçilərinin Ukraynanın Kirovoqrad vilayətinə endirdiyi raket zərbəsi nəticəsində 19 nəfər xəsarət alıb.

Manset.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Kirovoqrad vilayət hərbi administrasiyasının rəhbəri Andrey Raykoviç bildirib.

A.Raykoviç qeyd edib ki, yaralıların həyatı üçün təhlükə yoxdur. Onların hamısına tibbi yardım göstərilib.

Daha əvvəl zərbə zamanı 3 nəfərin həlak olduğu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az