Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova "Teleqram" kanalında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ərəb Liqasının baş katibi Əhməd Əbu əl-Qeytlə danışıqlar apardığı zalın yaxınlığında toplaşan jurnalistlərlə zarafatlaşıb.
Manset.az Teleqraf.com-a istinadla xəbər verir ki, Zaxarova jurnalistləri Lavrovun Qahirədəki fotolarını ABŞ Dövlət Departamentinə göndərməyə dəvət edib.
"Fotoları Dövlət Departamentinə göndərin - onlar çox narahat idilər ki, biz bu səfərdən təbliğat məqsədləri üçün istifadə edəcəyik. Bu işi onların özləri görə bilərlər", o yazıb.