Muğlada meşə yanğını başladı - FOTO

21:25 - 24 İyul 2022

Muğlada meşə yanğını başladı - FOTO

Türkiyənin Muğla bölgəsi yenidən meşə yanğınlarının məngənəsindədir.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bölgənin Milas rayonunda meşə sahəsi alovlara təslim olub.

Hadisə Çamköy məhəlləsində baş verib.

Muğla Meşə Region Müdirliyi ilə Milas və Bodrum xilasetmə qrupları bölgəyə gəliblər.

Hazırda əraziyə dörd yanğınsöndürmə təyyarəsi, dörd helikopter, 15 yanğınsöndürən maşın, yeddi su tankeri cəlb olunub.

Yanğının lokallaşdırılmasına çalışılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az