Türkiyənin 2 bölgəsində güclü meşə yanğınları başladı

00:57 - 25 İyul 2022

Türkiyənin 2 bölgəsində güclü meşə yanğınları başladı

Türkiyənin iki bölgəsində güclü meşə yanğınları başlayıb.

Manset.az “Haber Global”a istinadən xəbər verir ki, axşam saatlarında Kütahya bölgəsinin Emet rayonu Küreci kəndi yaxınlığındakı meşədə yanğın baş verib.

Küləyin təsiri ilə alov qısa müddətdə böyüyüb. Bölgəyə yanğınsöndürmə helikopteri və çoxlu sayda meşə təsərrüfatı işçisi göndərilib.

Digər yanğın Manisa əyalətinin Hasköy səmtində baş verib. Qısa müddətdə alov küləyin təsiri ilə əkinçilik sahəsinə və meşəyə yayılıb. Yanğını görənlərin xəbərdarlığı ilə rayona 7 yanğınsöndürmə helikopteri, 4 təyyarə və çoxlu sayda meşə təsərrüfatı işçisi göndərilib.

Hər iki meşə yanğınının səbəbi məlum deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az