Xerson əməliyyatı başlayıb - Belə zərbə endirilir

08:26 - 25 İyul 2022

Xerson əməliyyatı başlayıb - Belə zərbə endirilir

Ukrayna Silahlı Qüvvələri ən az itki ilə Xersondakı rus dəstəsini Dneprə geri çəkilməyə və orada təslim olmağa məcbur etməyə çalışır.

 

Manset.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Biz Xersona bir neçə istiqamətdən təzyiq edirik. Əsas vəzifə o deyil ki, istehkam sahələrinə hücum edək. Bu dəfə müdafiə xətləri qurduqları yerdən yan keçməyə çalışırıq. İkincisi, biz anbarları, texnikanı, silahları, şəxsi heyəti, komanda məntəqələrini, rabitə vasitələrini məhv etməklə bu qruplaşmaya itki verdiririk”, - O.Jdanov söyləyib.

Ekspert qeyd edib ki, rus hərbçilərinə həm təyyarələrlə, həm də artilleriyalarla zərbələr endirilir.

 

axar.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az