Nazirdən açıqlama: Türkiyə ordusunda şəhidlərin sayı beşə çatdı - YENİLƏNİB + FOTO

20:30 - 25 İyul 2022

Nazirdən açıqlama: Türkiyə ordusunda şəhidlərin sayı beşə çatdı - YENİLƏNİB + FOTO

Türkiyə ordusunun “Pəncə-İldırım” əməliyyatında daha dörd şəhid verib.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Twitter” hesabında açıqlama verib.

“Pəncə-İldırım” əməliyyatında terrorçuların hücumu nəticəsində qəhrəman əsgərimiz Remzi Nişanla, qəhrəman “güvenlik korucuları”mız (yerli təhlükəsizlik dəstələrinin üzvləri – red.) Bülent Vermez, Kemal İmece, Avdi Demir, Veysi Sebik şəhid olublar. Şəhidlərimizə allahdan rəhmət, ailələri və əziz millətimizə başsağlığı diləyirəm”, - deyə nazir bildirib.

***

“Pəncə Yıldırım” əməliyyatında türkiyəli hərbçi şəhid olub.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Remzi Nişan adlı hərbçi silahlı insident nəticəsində dünyasını dəyişib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az