Zelenski Demçenkonu bu səbəbə görə işdən çıxardı

20:57 - 25 İyul 2022

Zelenski Demçenkonu bu səbəbə görə işdən çıxardı

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini Ruslan Demçenko səhhətində ciddi müalicə tələb edən problemlərə görə vəzifəsindən azad edilib.

Manşet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak açıqlama verib.

O bildirib ki, Prezident Volodimir Zelenski müharibə dövrünün çağırışlarını nəzərə alaraq təhlükəsizlik və müdafiə blokunun işini kökündən dəyişməkdə davam edir.

“Bu gün bizdə yorucu bir müharibə formatı var. Bütün menecerlər müxtəlif səbəblərdən bu tempi, ritmi, iş yükünü saxlaya bilmir. Bu halda söhbət 24/7 rejimində son dərəcə çətin moderasiya işindən gedir. Ona görə də şəxsi səbəblərdən səhhətinin ağır vəziyyəti ilə əlaqədar olaraq, cənab Demçenko ciddi müalicə tələb etdiyi üçün işi davam etdirə bilməyəcək”.

O əlavə edib ki, Demçenko Ukraynanın müstəqilliyinin demək olar ki, bütün dövründə müxtəlif dövlət qulluğu vəzifələrində fəal işləyən peşəkar diplomatdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az