Bu ölkələr Ukraynaya tanklar GÖNDƏRDİ

22:00 - 25 İyul 2022

Bu ölkələr Ukraynaya tanklar GÖNDƏRDİ

Polşa və Almaniya hərbi yardım olaraq Ukraynaya tanklar göndərib.

Manşet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda  Ukrayna Prezident Aparatının sözçüsü Andrey Ermak açıqlama verib.

“Polşadan “PT-91 Twardy” tankları Ukraynaya gəldi. Dostlarımıza təşəkkür edirik”,- deyə o qeyd edib.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov isə televiziya kanallarından birində  Almaniyadan gələn 15 Gepard zenit-tank sistemindən ilk üçünün Ukraynaya çatdığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az