Yaponiyada meymunçiçəyinə yoluxma halı aşkarlanıb.
Manşet.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk yoluxma Tokioda qeydə alınıb.
Ölkədə ilk yoluxmadan sonra hökumət meymunçiçəyi epidemiyası ilə mübarizədə yol xəritəsini müəyyən etmək üçün işçi qrupu yaradıb.
ÜST indiyədək 75 ölkədən 16 mindən çox meymunçiçəyinə yoluxma halını təsdiqlədiyini və 5 nəfərin öldüyünü açıqlayıb.