Zelenski Ukrayna ordusunun xüsusi əməliyyatlar komandanını vəzifəsindən uzaqlaşdırdı

23:54 - 25 İyul 2022

Zelenski Ukrayna ordusunun xüsusi əməliyyatlar komandanını vəzifəsindən uzaqlaşdırdı

Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə Ukrayna ordusunun xüsusi əməliyyatlar komandanı Qriqori Qalaqan vəzifəsindən azad olunub.

Manşet.az xəbər verir ki, bundan sonra bu vəzifəni Viktor Xorenko icra edəcək.

V. Xorenko indiyədək Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi ehtiyatlar qrupuna rəhbərlik edib.

Ukrayna Prezident Ofisi Ukrayna ordusunun xüsusi əməliyyatlar komandanının vəzifədən uzaqlaşdırılması xəbərini hələlik şərh etməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az