“Madriddə imzalanan memorandum sadəcə dəvətdir” - Rəcəb Tayyib Ərdoğan

12:43 - 26 İyul 2022

“Madriddə imzalanan memorandum sadəcə dəvətdir” - Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin tələbləri yerinə yetirilməyənə qədər İsveç və Finlandiyanın NATO-ya qoşulmasına icazə verməyəcəyini bildirib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TRT telekanalı məlumat verib.  

“İsveç və Finlandiya terror təşkilatlarını dəstəkləməkdən əl çəkmədikcə NATO-ya üzvlüklə bağlı bizdən müsbət yanaşma gözləməməlidirlər. Bu məsələdə heç kim bizdən güzəştlər gözləməsin”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Türkiyənin terrorçu hesab etdiyi kürd silahlı birləşmələri və partiyalarının dəstəyi ilə bağlı vəziyyət dəyişməzsə, Türkiyə parlamenti yeni ölkələrin NATO-ya daxil olmasına razılıq verməyəcək.

“Əgər onlar dərhal NATO-ya qəbul olunacaqlarını düşünürlərsə, bu, göründüyü qədər asan deyil. Madriddə imzalanan memorandum sadəcə dəvətdir və biz bunu bütün NATO - da olan həmkarlarımıza söylədik”, - deyə Ərdoğan xatırladıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az